AZ
Video yüklə

Məşhur müğənni Səudiyyədə ilk dəfə konsert verəcək

15 baxış Son xəbərlər
Misirli müğənni Tamer Hosni Səudiyyə Ərəbistanında ilk dəfə konsert verəcək.



APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ərəb ölkələrində məşhur olan müğənninin konsertinə biletlər satışa çıxarılan kimi bitib. 6 min bilet saat yarıma satılıb. Sosial şəbəkələrdə yayılan videodan kassalara insanların, xüsusi ilə də qadınların kütləvi axın etdiyi görünür. Konsert martın 30-da baş tutacaq.



Satılan biletlərdə "Konsertdə rəqs etmək qəti olaraq qadağandır!" xəbərdarlığı da yer alıb. Eyni zamanda qadınlar və kişilər ayrı-ayrı yerlərdə oturacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.