AZ
Video yüklə

Məşhur aktyor vəfat etdi

140 baxış Son xəbərlər
Türkiyəli məşhur aktyor və musiqiçi Özkan Uğur 69 yaşında vəfat edib.

Novoye-vremya.com xəbər verir ki, bununla bağlı məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında bildirib.

Aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, 69 yaşlı türkiyəli aktyorda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanmışdı.

Xatırladaq ki, Özkan Uğur bir zamanların məşhur "Cennet mahallesi" serialında "Beter Ali" obrazını canlandırıb.

Həmçinin, aktyor bir zamanların məşhur MFÖ qrupunun da üzvü olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.