"Mənim oğlum istədiyi qızla belə davrana bilməz"
1 082 baxış
Son xəbərlər
Televiziya aparıcısı Xoşqədəm Hidayətqızı qadınların müdafiəsinə qalxıb.
Yenilik.az xəbər verir ki, bu haqda o, aparıcısı olduğu "Səni Axtarıram" verilişində danışıb.
Kişilərə səslənən teleaparıcı gələcəkdə hər zaman gəlinin yanında olacağını açıqlayıb və kişilərə məsləhət verib:
"Niyə bu qadınları zülmlərə salırsınız? Ayıb deyilmi? Heçmi vicdanınız yoxdur?! Ay oğlanlara tərbiyə verən analar, siz haradasınız?
Mənim oğlum istədiyi qızla belə davrana bilməz. Ona hələ 6 yaşı olanda deyirdim ki, qadınları ağlatmaq olmaz.
Oğluma demişəm ki, mənim üçün həmişə gəlinimin sözü önəmli olacaq. Birincisi o biləcək ki, yanında mənim kimi bir böyüyü var, mən heç vaxt haqqı tapdamaram.
İkincisi, bir qadın hüzurlu yerindən qaçmaz. Qadın narazıdırsa, mütləq kişinin günahı var! Qadına yaxşı bax, ağlatma, incitmə, onu xoşbəxt et. Qadın xoşbəxtdirsə, ailə xoşbəxtdir, uşaqlar tərbiyəlidir. Qadın xoşbəxtdirsə, cəmiyyət də xoşbəxtdir".(yenisabah.az)

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.