AZ
Video yüklə

Məmurlara növbəti xəbərdarlıq

69 baxış Son xəbərlər
Prezident İ.Əliyev: "Dövlət məmurları dərs götürsün"
Yüksəkvəzifəli məmurların törətdikləri hər hansı qanun pozuntularına qarşı ciddi mübarizənin aparılması, genişmiqyaslı islahatların tərkib hissəsidir.

Prezident İlham Əliyev bir qrup yerli mediya nümayəndəsinə müsahibəsində bir neçə gün öncə həbs olunan yüksəkvəzifəli məmurlarla bağlı danışarkən belə deyib.

Ölkə başçısı məmurlar tərəfindən törədilən hər hansı qanun pozuntularına qarşı ciddi mübarizənin bundan sonra da davam etdiriləcəyini, çox sərt şəkildə cəzalandırılacaqlarını bildirib.

Prezident bildirib ki, nöqsanlara, ciddi səhvlərə, cinayətlərə yol verən heç bir məmur bağışlanmayacaq.

Hüqüq müdafiəçisi Sahib Məmmədov deyir ki, Prezidentin bu mövzuda sərt mövqeyi bütün məmurlara dərs olmalıdır. Bunu yerli icra hakimiyyəti başçılarına növbəti xəbərdarlıq kimi də dəyərləndirmək olar.

Sahib Məmmədov hesab edir ki, Prezidentin bu fikirləri islahatların davamlı olacağını göstərir. Eyni zamanda ümid etmək olar ki, məmurlar son hadislərdən nəticə çıxararaq öz vəzifələrini daha məsuliyyətlə yerinə yetirəcəklər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.