AZ
Video yüklə

Meksikada fövqəladə vəziyyət elan edildi

4 baxış Son xəbərlər
Meksikanın paytaxtı Mexikoda meşə yanğınlarına görə yaranan hava çirkliliyinə görə fövqəladə vəziyyət elan edilib. Ətraf Mühit Komissiyası ətraf şəhərlərə də yayılan havanın çirkliliyinin insan üçün qəbul olunan limitdən 1,5 dəfə artıq olduğunu bildirib.

Bununla əlaqədar olaraq paytaxtda fövqəladə vəziyyət elan olunub, eyni zamanda əlavə çirkliliyin qarşısının alınması üçün yol təmizləmə fəaliyyətləri dayandırılıb, inşaat materiallarının daşınması müvəqqəti qadağan olunub.

Bundan başqa avtomobillərə tək və cüt seriyalarına uyğun günlük məhdudiyyət qoyulub.

Həmçinin Meksika Birinci Futbol Liqasında Amerika və Leon oyunları təxirə salınıb.

Xatırladaq ki, ötən həftənin sonunda Meksika ətrafında 45 meşə yanğını meydana gəlib./faktxəbər

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.