AZ
Video yüklə

Meksikada avtobusun aşması nəticəsində 12 uşaq yaralanıb - SÜRÜCÜ QAÇIB

11 baxış Son xəbərlər
Meksikada avtomagistralda sərnişin avtobusu qəzaya uğrayıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 12 uşaq xəsarət alıb.

Məlumata əsasən, sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı avtobusda 46 nəfər olub, onların əksəriyyətinin məktəblilər olduğu bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Avtobusun sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.