AZ
Video yüklə

Medianın inkişafına dair daha bir addım

47 baxış Son xəbərlər
Əgər hər hansı bir media strukturu media reyestrində qeydiyyatdan keçmək istəyirsə bunu edəcək və müvafiq sertifikatla təmin ediləcək. Burada heç bir məcburiyyət yoxdu. Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc yeni "Media Haqqında" qanun barədə danışarkən bunu deyib. O, yalnız dörd strukturun reyestrdə yer ala biləcəyini bildirib:

Millət vəkili Media reyestrinə yalnız ali təhsilli jurnalistlərin daxil edilməsi ilə bağlı maddəyə də münasibət bildirdi. O, Ali təhsili olmadan jurnalistika üzrə çalışanlarla bağlı heç bir məhdudiyyətin qoyulmayacağını, amma reyestrdən keçmək üçün ali təhsilin şərt olduğunu dedi.

Media Reyestrində olan jurnalistlərə verilən üstünlüklərdən biri də onların güzəştli ipotekadan yararlanmalarıdır. Bunun üçün şərtlər də açıqlanıb. Prezident İlham Əliyevin Fərmanı ilə jurnalistlər güzəştli ipotekadan istifadə edəcək şəxslərin siyahısına əlavə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Media haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.