AZ
Video yüklə

Məcburi köçkünlər yolu bağladı

11 baxış Son xəbərlər
Bu gün səhər saatlarında bir qrup məcburi köçkün Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsini bağlayıb.



Cebhe.info-ya daxil olan məlumata görə, köçkünlərin yolu bağlamasına səbəb həmin ərazidə yerləşən yataqxanadan köçürülmə ilə bağlıdır.



Onlar avtomobil yolunu bağlayaraq hökumətdən məcburi köçkünlər üçün tikilmiş yeni mənzillər tələb ediblər.



Aksiya iştirakçılarının sözlərinə görə, istismara yararsız yataqxanalarda yaşayış təhlükəsi gündən-günə artır.



Elektrik naqilləri demək olar ki, yararsız vəziyyətdədir və hər an yanğın təhlükəsi var. Binanın mavi yanacaq xətti olmadığı üçün istilik əldə etmək üçün kustar üsulla hazırlanmış qızdırıcılardan istifadə edirlər.



Yataqxana sakinləri bildiriblər ki, ərazidə antisanitariya şəraiti hökm sürür. Onların müvafiq icra hakimiyyəti qurumlarına edilən müraciətləri nəticəsiz qaldığına görə, problemin həllini ictimailəşdirməkdə görüblər.



Məlumata görə, aksiyanın dağıdılması üçün hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.