Masazırda dəhşətli qəza: Yaralılar var
118 baxış
Son xəbərlər
Abşeron rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.Oxu24.com xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. "VAZ 2121" (Niva) markalı avtomobilin sürücüsü yüksək sürətlə idarə etdiyi nəqliyyat vasitəsini sola doğru manevr etdirərkən qarşıdan gələn "NAZ Lifan" markalı digər avtomobilin yoluna çıxıb və avtomobillər toqquşub.Avtoqəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. "NAZ Lifan" markalı avtomobilin sürücüsü, "Niva" markalı avtomobilin isə sürücüsü və bir sərnişini ağır xəsarətlər alıb. Hər üç yaralı YPX müfəttişlərinin köməkliyi ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Abşeron rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.