AZ
Video yüklə

Mais Ağayev aparılan dezinfeksiya işlərini canlı yayımladı

179 baxış Son xəbərlər
Bakı Nəqliyyat Agentliyi tərəfindən kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.



YPX.AZ xəbər verir ki, bu məqsədlə, dünən gecə saatlarından reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslar xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya olunub.




İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılıb. İşlərin aparılması zamanı Mais Ağayev sosial şəbəkədə canlı yayım edərək, görülən işləri izləyiciləri ilə paylaşaraq, ictimaiyyətə çatdırıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarına əsasən gündəlik olaraq, avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan az olmamaq şərti ilə avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyə qurumunun tövsiyəsi olarsa, bu halda həm avtobuslarda, həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər.

Eyni zamanda agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Bakı Nəqliyyat Agentliyi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işlərini mütəmadi olaraq həftənin şənbə günü, gecə saatlarında aparır. Burada da əsas məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.