AZ
Video yüklə

Lotu Quli “Qanuni Oğru” titulundan məhrum edilə bilər

90 baxış Son xəbərlər
Ukraynanın Dnepropetrovsk vilayətində “KORD” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri adam oğurlayıb əvəzində pul tələb edən silahlı bandanın üzvlərini həbs edib.

Vilayət polisinin yaydığı məlumata görə qruplaşmanın tərkibinə 20-30 yaşında gənclər daxil olub. Bandanı təşkil edən isə məşhur “vor zakon”dur, amma onun adı açıqlanmır. Hərçənd həbsxanadan çıxandan sonra Türkiyədə yaşadığı bildirilir. Həmin “vor zakon”un nəzarəti altında Ukraynada və qonşu ölkələrdə bir neçə qruplaşma fəaliyyət göstərir.Saxlanılanların mənzillərində və avtomobillərində aparılan axtarışlar zamanı silah da tapılıb. Saxlanılanlar iki nəfərdir, dəstənin digər üzvlərinin tutulması üçün polis əməliyyatı davam edir.

Kriminal aləmin tanınmış simalarından olan, "Lotu Quli” ləqəbli azərbaycanlı "qanuni oğru” Nadir Səlifov titulundan məhrum edilə bilər.

Anews.az xəbər verir ki, bu barədə Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovun da (Şakro Molodoy) və Rövşən Lənkəranskinin klanına daxil olan digər "qanuni oğru” Badri Koquaşvili qərar veriblər.

Badri Koquaşvili Nadir Səlifovun "qanuni oğru” titulundan məhrum edilməsilə bağlı təklif irəli sürüb. O, buna əsas kimi "Lotu Quli”nin Türkiyədə 35 yaşlı "qanuni oğru” Quram Çixladzenin döyülməsini göstərib.

İddia olunur ki, gürcü "qanuni oğru” Quram Çixladze "Lotu Quli”nin adamı, tanınmış kriminal avtoritetlərdən olan Armen tərəfindən döyülüb.

Qeyd edək ki, Çixladzenin Rövşən Lənkəranskinin qohumları ilə sıx dostluq münasibətlərində olması Lotu Qulini qəzəbləndirib və ona xəbərdarlıq edib.

Onların Türkiyədə baş tutan görüşü zamanı Quram Çixladze Nadir Səlifovun fikirlərini qəbul etmədiyini və Rövşən Lənkəranskinin qohumları ilə dost qalacağını deyib.

Lotu Qulinin həmin görüşdə iştirak edən tərəfdaşı Arman adlı şəxs gürcü avtoriteti döyüb. Çixladze təhlükə ilə üz-üzə qaldığını görüb, oradan uzaqlaşıb və İsrailə uçub.

"Kutaisi kriminal qruplaşması”nın əsas simalarından biri sayıldığından bu hadisənin ciddi kriminal müharibəyə səbəb olacağı düşünülür.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.