Lənkəranda kütləvi zəhərlənmə baş verib
9 baxış
Son xəbərlər
Lənkəranda ikisi azyaşlı olmaqla, 5 nəfər tortdan zəhərlənib. Tortdan zəhərlənmə rayonun dağ kəndlərinin biri olan Şovuda baş verib.
Ailənin gəlini 40 yaşlı Marifə Babayeva 3 gün bundan öncə bazardan aldığı ərzaqla tort bişirib. Bu gün ailə üzvləri səhər yeməyində həmin tortdan yeyiblər.
Bir müddətdən sonra ailənin 5 üzvü özlərini pis hiss ediblər.
Səhər çağı idi, tort bişirmişdik evdə belə oldu. İndi yaxşıyam şükür Allaha. Üç nəfərik, bizik, 2 nəfər də uşaq. Uşaq bir az yaxşıdı, o birisi uşaq bir az fər deyil. Bəli, bəli bişiririk özümüz üçün bişiririk. Birinci şey ürəkbulanma verdi, sonra da qarnıişləmə verdi mənə, gəldim bura yaxşıyam indi.
Günorta saatlarında təcili tibbi yardım avtomobili ilə ailənin gəlini və digər üzvləri 33 yaşlı Babayev, 64 yaşlı Ənivəs Babayeva, eləcə də iki azyaşlı - 7 yaşlı Xədicə Babayeva, 5 yaşlı Mətləb Babayev Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara qida zəhərlənməsi diaqnozu qoyulub və lazımı tibbi yardım göstərilib.
Günorta saatlarında ikisi az yaşlı olmaqla beş xəstə təcili yardım şöbəsinə daxil olmuşdur .İlkin diaqnozları qida zəhərlənməsi qoyuldu.Yerindəcə müdaxilə olundu,müvafiq şöbələrə köçürüldü.Vəziyyətləri orta ağırdır.
Hazırda hər birinin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.