AZ
Video yüklə

Kür çayında suyun azalmasının səbəbi bilinib

267 baxış Son xəbərlər
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun tədqiqatçıları Kür çayında suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının bir neçə səbəbini aydınlaşdırıblar. Xezerxeber.az-ın məlumata görə, bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsi, ikincisi, Kür çayının bu hissəsində asılı materialların kəskin azalmasıdır. Üçüncü səbəb çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi, dördüncü səbəb əsas amillərdən biri Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulması, beşinci səbəb Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri, 6-cı səbəb Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsi və sairdir. Tədqiqat qrupunun məqsədi son zamanlar Kür çayının aşağı axınında yaranmış su probleminin tədqiqi, səbəblərinin araşdırılması və tövsiyə tədbirlərinin hazırlanması olub. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.