AZ
Video yüklə

Koronavirusdan daha böyük təhlükə

909 baxış Son xəbərlər
Pakistan son 3 ayda ikinci dəfə çəyirtkə hücumu ilə qarşılaşıb. Çəyirtkələr Heydərabad və Pəncap şəhərləri də da daxil olmaqla, Sind əyalətindəki bütün bölgədə əkin sahələrinə ziyan vurub. Bununla bağlı Ölkədə fövqəladə vəziyyət elan edilib. Türkiyə çəyirtkə işğalına qarşı Pakistana dərman səpən “Piper Brave” təyyarəsi göndərib. Qeyd edək ki, ötən ay Çin çəyirtkələri məhv etmək üçün Pakistana 100 min ördək vermişdi. Çəyirtkə işğalına qarşı Azərbaycanda da önləyici tədbirlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə başlanılıb. Hazırda İmişli, Saatlı, Sabirabad, Bilsuvar və Salyan rayonlarının ərazilərinin bir hissəsini əhatə edən Küdrü düzü ərazisində dərmanlama həyata keçirilir. Qeyd edək ki, sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşıb. Hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir. Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.