Koronavirusa yoluxma faizi sürətlə artır
5 baxış
Son xəbərlər
Azərbaycanda gündəlik yoluxma sayı 1000 nəfərdən artıqdır.
Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Gündəlik yoluxma sayı 1000 nəfərdən artıqdır.
Ölkədə hər kəs maskadan istifadə edir. Maska taxmaq effektivliyini itirib, yoxsa biz nəisə düz etmirik?
İctimai nəqliyyatdan istifadə olunmur, kütləvi tədbirlər keçirilmir ictimai iaşə müəssisələrində sosial məsafəyə əməl olunur. Belə olan halda yoluxanların sayı azalmaq əvəzinə niyə artır?
Sosial şəbəkələrdə müşahidələrimiz onu göstərir ki, bəzi insanlar gündəlik yoluxma statistikasına inanmırlar. Bəzi hallarda bu rəqəmləri şişirdilmiş adlandırırlar. Ekspertlər iddia edir ki, şişirdilmiş adlandırılan bu rəqəmlər, real rəqəmlərdən dəfələrlə azdır. Yəni gündəlik yoluxanların sayı əslində statistik rəqəmlərdən daha çoxdur.
Təkcə Azərbaycanda yox, ümumiyyətlə dünyada koronavirusa yoluxanların sayınında artım müşahidə olunur. İndiyədək ümumilikdə dünyada 126 milyondan çox insan koronavirusa yoluxub. 38 milyondan artıq yoluxma faktı ilə Avropa qitəsi bu siyahıda liderdir. Ölkələrdən isə, 30 milyondan çox yoluxma sayı ilə birincilik Birləşmiş Ştatların payına düşür.
Ekspertlər isə artım dinamikasını 3-cü dalğa adlandırmağa hələ tələsmirlər.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.