Koronavirus yeni yolla yoluxa bilər
104 baxış
Son xəbərlər
İnsan SARS-CoV-2 koronavirusu digər pirimatlara ötürə bilər. Səyyar Tv Sputnik Azərbaycan-a istinadən bildirir ki, xəstəliyin yeni yayılma növünü mikrobioloq Arend de Haas müəyyən edib. Mütəxəssis xatırladır ki, son 26 ildə dünyada yarasalarla yoluxan 6 infeksiya növü müşahidə edilib. Müəllif qeyd edir ki, yarasalar və panqolinlər yeni növ koronavirusun - COVİD-19-un daşıyıcılarıdır. Mikrobioloq yazır ki, parazitlər və viruslar yeni sahibə hücum edərək əvvəlcə ciddi xəstəliklərin yaranmasına səbəb olur, zaman keçdikcə isə parazit və yoluxmuş şəxs bir-birinə uyğunlaşır və təhlükə azalır. "Müşahidələrə görə, insanlar və meymunlar arasında xəstəliyin ötürülməsi yüngül keçir. Meymunlar üzərində aparılmış tədqiqata görə, müəyyən edildi ki, sonuncular insan respirator viruslarına yoluxmağa daha həssasdılar" - müəllif qeyd edib. Onun fikrincə, bu və digər primatlar, əsasən də oranqutanlar insandan SARS-CoV-2 virusuna yoluxa bilər. Bu məqsədlə də ekspert insanlara heyvanların yaşadığı ərazilərə, milli parklara getməyin qadağan edilməsini məsləhət görür. Mart ayında ABŞ-ın Luiziana Universiteti ürək-damar xəstəlikləri olan yaşlı insanlar üçün tövsiyə olunan angiotenzinçevirici fermentin inhibitorları və angiotenzin II-nin reseptor blokerlərinin qəbulu bu şəxslərdə SARS-CoV-2 koronavirusunun yoluxma ehtimalını artırdığını bildirmişdi. ___________________________________________________________________________ ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp)
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.