AZ
Video yüklə

Koordinasiya mərkəzi fəaliyyətə başlayıb

13 baxış Son xəbərlər
Dünən imzalanan “Taxıl daşınması sazişi”nə əsasən İstanbulda qurulan Müştərək Koordinasiya Mərkəzinin fəaliyyətə başlaması üçün işlər yekunlaşıb.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Rusiya və Ukrayna nümayəndələri, o cümlədən BMT nümayəndəsi hazırda Türkiyə ilə Müştərək Koordinasiya Mərkəzində işə başlayıb.

Bu arada, Odessa limanının raket atəşinə tutulması ilə əlaqədar Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla telefon danışığı aparıb.

Nazir həmçinin, bu hadisənin dünən imzalanan taxıl sazişindən dərhal sonra baş verməsinin Türkiyəni də narahat etdiyini vurğulayıb.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.