AZ
Video yüklə

Könül Kərimova ilə zarafat etdilər

3 446 baxış Son xəbərlər
Əməkdar artist Könül Kərimova “10-da görüşək” proqramına qonaq olub.
Veriliş bitdikdən sonra avtomobilinə minən sənətçi gözləmədiyi hadisə ilə qarşılaşıb.
Belə ki, proqramın əməkdaşlarından biri ifaçı ilə zarafat edib.
Veriliş heyətindən İlham adlı şəxs Əməkdar artistə yaxınlaşıb imkanının aşağı olduğunu və toyunda 500 manat qarşılığında oxumasını xahiş edib.
İfaçı ona təklif edilən pulun miqdarını eşidəndə əsəbiləşərək “Yox! Sən hələ gör, mən 5000-ə gələrəm?” sözlərini söyləyib. Həmin anlar “Mtv” kamerası tərəfindən görüntülənib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.