KİV nümayəndələri mükafatlandırıldı
24 baxış
Son xəbərlər
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə 22 iyul Mətbuat günü münasibətilə "44 günlük Vətən müharibəsində Azərbaycan Mediası" adlı konfrans keçirilib. Tədbir ilk olaraq Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Daha sonra Vətən müharibəsini işıqlandıran media qurumları və şəhid jurnalistlər mükafatlandırılıblar.
İstisna deyil ki, fədakarlıq və qəhrəmanlıq rəmzinə çevrilən media nümayəndələri 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayırlar. Peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində 2 jurnalistin minaya düşərək həlak olması da olduqca təəssüfləndiricidir. Danılmaz faktdır ki, Azərbaycanın media nümayəndələri bu gün də fasiləsiz davam edən informasiya müharibəsində öz peşəkarlığı və vətənpərvərliyi ilə seçilirlər.
44 gün davam edən və qələbə ilə nəticələnən Vətən müharibəsi Azərbaycan jurnalistikası üçün də qürurvericidir.
Tədbirdə həmçinin, Vətən savaşında cəbhəyanı bölgələrdə fəaliyyət göstərən media nümayəndələrinin fəaliyyətinin dəyərləndirilməsindən bəhs olunub.
Xatırladaq ki, yerli media nümayəndələri Vətən müharibəsində öz vəzifələrini şərəflə yerinə yetirərək, erməni terrorunun dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak ediblər.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.