Kim haqlıdır?

  • 01.12.2021
  • 0

30 oktyabr, 15:38 radələrində Dilarə Əliyeva küçəsində sürücülər arasında insident yaranıb. Hadisənin tam təfərrüatı məlum olmasa da görünən odur ki, VAZ markalı avtomobil hansısa səbəbdən yolda çəp dayanıb və hərəkət edə bilmir. Hadisəni görüntüyə alan digər avtomobil sürücüsü də yolun sağında dayanan #99PE409 dövlət qeydiyyat nişanlı avtomobilin xanım sürücüsünün dayanıb hərəkət etmədiyini bildirir.  Lakin başqa sürücü həmin xanım sürücüdən bunu xahiş edəndə o hərəkətə başlayır və bildirir ki, onun hərəkət etməməsinə səbəb video çəkən sürücünün normal şəkildə danışmamağı olub. Sonda xanım sürücü video çəkən sürücünü söyərək hadisə yerindən uzaqlaşır.

Nə düşünürsən?