AZ
Video yüklə

Kəsişmə yol nişanları ilə tam nizamlanmayıb

118 baxış Son xəbərlər
YPX.AZ olaraq Heydər Əliyev prospekti ilə Ağa Neymətulla küçələrinin birləşməsində olan daha bir nizamsızlıq haqqında məlumat vermək istəyirik.Belə ki, Heydər Əliyev prospekti ilə üzü mərkəz istiqamətində hərəkət edən zaman sağa Ağa Neymətulla küçəsi istiqamətinə döndükdə yolun sağ kənar hissəsinə artıq uzun müddətdir ki, 2.1 baş yol nişanı quraşdırılıb. Bu, üstünlüyün həmin yol ilə hərəkətdə olan nəqliyyat vasitələrində olması deməkdir. Tunel ilə hərəkətdə olan nəqliyyat vasitələri üçün isə digər yolda üstünlüyün olması barədə heç bir nişan quraşdırılmayıb. Bu isə qanunla avtomobil idarə edən sürücülər arasında çaşqınlıq yaradır. Çünki baş yol ilə hərəkət edən nəqliyyat vasitələri ikinci dərəcəli yolda olan nəqliyyat vasitələrini gözləməməli, eyni sürət ilə yollarına davam etməlidirlər. Ancaq sözügedən ərazidə isə yolun nizamlanma ardıcıllığı sürücülərin düşüncəsi ilə tam əksinədir. Əslində sürücülərin qınanacaq tərəfi də yoxdur. Çünki sözügedən yol birləşməsi nişanlarla tam nizamlanmayıb. Yollarımızda nişanların doğru quraşdırılması gərəkir. Bu hərəkət iştirakçılarının təhlükəsizliyi üçün birmənalı olaraq şərtdir. Aidiyyatı qrumun bu və bunun kimi yollarımızda olan bir çox natamamlığı aradan qaldıracağını ümid edirik.Əgər yol istismar olunursa, o yolda natamamlıq, nizamsızlıq olmamalıdır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.