Bu video hazırda oynadıla bilmir.
Kəramət Böyükçöl müalicəyə başlayıb
522 baxış
Son xəbərlər
Yazıçı Kəramət Böyükçöl müalicəyə başlayıb.
BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkədə yazıçı özü açıqlama yayıb.
"Haqqımda yazan, zəng edən, maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm. Var olun. Jurnalist dostlara da demək istəyirəm ki, indi müsahibə və yaxud hansısa mövzuda açıqlama verəcək halda deyiləm, ona görə də nömrəmi bağlamışam, üzürlü sayın. Müalicə olunum qurtarım, sonra danışarıq. Özünü necə hiss edirsən soruşanlara deyim ki, dəhşət yorğunam, elə bil canımda əbədi bir yuxu var. Nəyəsə ehtiyacın varmı soruşanlara isə bildirim ki, heç nəyə ehtiyac yoxdur", o əlavə edib.
Hazırda yazıçının xəstəxanada müalicələri davam etdirilir.
Qeyd edək ki, avqustun 18-də məişət zəminində səs-küy olduğu üçün K.Böyükçölün qonşularından polisə şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq polis şöbəsinə aparılıb. K.Böyükçöl avqustun 19-da sərbəst buraxılıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.