AZ
Video yüklə

Kanala düşən 10 yaşlı uşağın axtarışları davam etdirilir

4 baxış Son xəbərlər
Bu gün günorta saatlarında Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində 10 yaşlı kanala düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kanala düşən azyaşlı Pirsaatov Məhəmməd Elsevər oğludur. O həmyaşıdları ilə oynayarkən su kanalına düşüb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Uşağın axtarışları davam etdirilir.

Məhəmməd Pirsaatov Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.