AZ
Video yüklə
Jurnalistlərə “işverən” deyən gənc saxlanıldı

Bu video hazırda oynadıla bilmir.

Jurnalistlərə “işverən” deyən gənc saxlanıldı

762 baxış Son xəbərlər
Bu gün "Fairmont Baku" otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi.

O, video çəkərək media nümayənələrini və sosial şəbəkə istifadəçilərini "işverən" adlandırmışdı.

Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmamışdı.

Metbuat.az xəbər verir ki, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb.

O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.

Onun barəsində qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.