Jurnalistlərdən təxribatlara cavab

  • 21.05.2019
  • 0

Azərbaycan Mətbuat Şurası mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı müraciət edəcək.

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. O bildirib ki, Mətbuat Şurası dünya jurnalistlərinə mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı müraciət ünvanlayacaq.

Buna səbəb isə Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlum bəyanatıdır.

Çıxış edən media rəhbərləri də bildirdilər ki, Azərbaycanda böyük tədbirlər ərəfəsində belə təxribat cəhdəri olur.