AZ
Video yüklə

Jalüzdən istifadə edən sürücülər Bu halda cərimələnəcəksiniz!

114 baxış Son xəbərlər
Noyabrın 15-dən avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatır. Son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir. Çünki ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər. Bir müddətdir davam edən müzakirələr də göstərir ki, bu ilki vəziyyətin əvvəlki illərdən fərqli olacağı ehtimal edilir. Belə ki, sürücülərə pərdə və plyonkadan istifadə qadağasının tətbiq edilməyəcəyi, qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir. Amma bunun nə vaxt baş verəcəyi dəqiq məlum deyil. Odur ki, qaydalar dəyişənədək mövcud qanunu üstün tutmağı tövsiyə edirik. Sabahdan sürücülər jalüz və “ştorka”ları yığışdırılmayacaqları təqdirdə 150 manat cərimə olunacaqlar. Bununla bağlı əməkdaşlarımız şəhərdə avtomobilləri müşahidə edərək çəkiliş aparıblar. Müşahidədən bəlli olub ki, bu gün son tarix olmasına baxmayaraq əksər avtomobillər məhdudlaşdırıcı örtükləri ləğv ediblər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.