AZ
Video yüklə

İstanbul aeroportunda "Sleepod" kabinləri quraşdırıldı

53 baxış Son xəbərlər
Dünyanın ən böyük hava limanlarından biri olan İstanbul aeroportunda sərnişinlər üçün yeni xidmət istifadəyə verilib. Xüsusilə tranzit uçuşlarla İstanbulun yeni aeroportundan keçən sərnişinlər üçün "Sleepod" yataq şəraiti olan kabinlər quraşdırılıb.



Bax.tv AZƏRTAC-a istinadən bildirir ki, bu kabinlərdən bir saatlıq istifadə üçün 9 avro ödəmək lazımdır. Gigiyenik baxımdan təmizlik nəzərə alınaraq kabinlərdən istifadə edəcək hər sərnişinə birdəfəlik yataq dəsti də verilir.



Qeyd edək ki, bu sistem dünyanın bir çox hava limanında tətbiq edilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.