AZ
Video yüklə

İsrail və ABŞ kosmosda raketləri ələ keçirəcək

13 baxış Son xəbərlər
İsrail və ABŞ gecə saatlarında böyük fəaliyyət radiusuna malik və ballistik raketləri kosmosda ələ keçirməyə qadir “Ox-3” raket əleyhinə kompleksləri uğurla sınaqdan keçirib.

AzVision.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün 02:30 radələrində İsrail Müdafiə Nazirliyi ABŞ Müdafiə Nazirliyi ilə birgə atmosfer üzərində ballistik raketlərin ələ keçirilməsini nəzərdə tutan “Ox-3” raket əleyhinə kompleksi uğurla sınaqdan keçirib”, - deyə İsrail Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində yazıb.

Sınaqlar İsrailin mərkəzi hissəsində “Israel Aerospace Industries” konserni və İsrail Hərbi Hava Qüvvələrinin nəzarəti altında həyata keçirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.