AZ
Video yüklə

İsrail “erməni soyqırımını” tanımaqdan imtina etdi

28 baxış Son xəbərlər
Bu gün İsrail Knesseti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsini rədd edib.
APA xəbər verir ki, bu barədə "Jerusalem post" xəbər verib.

"Knesset "Yeş Atid" partiyasının sədri Yair Lapidin irəli sürdüyü erməni soyqırımı layihəsini rədd edib", məlumatda deyilir.

İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki, "soyqırımı"na həsr edilmiş tədbirlərdə iştirak etmək üçün 2015-ci ildə İrəvana nümayəndə heyəti göndərilsə də, məsələnin son dərəcə siyasi xarakter daşıdığını və diplomatik fəsadlara gətirib çıxaracağını nəzərə alaraq İsrail adıçəkilən məsələ ilə bağlı rəsmi mövqe tutmayacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.