AZ
Video yüklə

İrəvanı qorxu bürüdü: Paşinyan xüsusi təlimat verdi

411 baxış Son xəbərlər
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin hərbi-sənaye kompleksinin "Garni Ler" və "Arsenal" müəssisələrində olub. Publika.az xəbər vrir ki, məlumatı Ermənistan hökuməti başçısının mətbuat xidməti yayıb. Hərbi-sənaye kompleksinin müəssisələrini ziyarət edərkən Paşinyana artilleriya topları, mərmi və döyüş başlıqları da daxil olmaqla müəssisələr tərəfindən istehsal olunan məhsulların nümunələri nümayiş etdirilib. Bundan əlavə, baş nazirə gecə görmə cihazı olan və məsafədən idarə olunan iriçaplı odlu silahlar göstərilib. Paşinyan müdafiə müəssisələrinə istehsal güclərini artırmaq üçün tempi sürətləndirməyi tapşırıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.