AZ
Video yüklə

İqlim dəyişikliyi məsələsi müzakirəyə çıxarıldı

13 baxış Son xəbərlər
Baş nazir Əli Əsədovun sədrliyi ilə iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, dəyişikliklərə adaptasiya və təsirlərinin azaldılması məsələlərinə həsr olunmuş iclas keçirilib.İclasda hökumət üzvləri və bəzi şəhər və rayonların icra başçıları iştirak ediblər.

İclasda iqlim dəyişiklikləri ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklər, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların təsirlərinin azaldılması istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi qeyd edilib.

Xatırladaq ki, ötən ay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Azərbaycan yeni hədəflərlə çıxış etmişdi. Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxışı zamanı qeyd etmişdi ki, biz yaşıl inkişaf yolunu seçmişik və 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaqla bağlı qarşımıza məqsəd qoyulub.

Qeyd edək ki, iqlim dəyişikliyinin kənd təsərrüfatına, sosial sahəyə təsiri, təbii fəlakətlər və onların qarşısının alınması, təbii ehtiyatlardan səmərəli istifadəyə dair məruzələr dinlənildi və müvafiq tapşırıqlar verildi.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.