AZ
Video yüklə

“İlham Əliyev heç bir sözü boş yerə demir” – Erməni ekspert

506 baxış Son xəbərlər
“Azərbaycan prezidenti sözünü boş yerə deməməsi ilə tanınır”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Hambardzumyan “Esse TV”nin YouTube kanalının efirində bildirib.

Verilişin aparıcısı Arman Qriqoryanla Zəngəzur dəhlizi mövzusuna toxunan V.Hambardzumyan bildirib ki, Azərbaycan istədiyini alacaq:

“Ermənistanda “koridor” yox, “yol” deyirlər. Sizə dedim ki, “koridor” istəyirlər. Azərbaycan Respublikasının Prezidenti də bu barədə danışdı. O, sözünü boş yerə deməməsi ilə tanınır. Düzdür? Bax, bu faktdır”, - V. Hambardzumyan qeyd edib.

Ekspert onu da əlavə edib ki, Ermənistanın belə rəhbərliyi ilə Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur: “Bunlar lazımsız xərclərdir”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.