AZ
Video yüklə

İkinci sinif şagirdləri Azərbaycan Polisindən danışdı

211 baxış Son xəbərlər
Son zamanlar Azərbaycan Polisinin bu çətin günlərdə vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçün apardığı mübarizə, xalqımızın bir çox nümayəndələri tərəfindən alqışlarla, qürur hissi ilə qarşılanır.
Təbii ki, polislərimiz ünvanlarına söylənən qürurverici sözlərə daima laiq olmağa çalışırlar.
YPX.AZ xəbər verir ki, Nəsimi rayonu, 14 nömrəli tam orta məktəbin 2ç sinifinin şagirdləri də sinif rəhbərləri Günay Rüstəmovanın rəhbərliyi ilə Azərbaycan Polisinə minnətdarlıqlarını bildirmək üçün şagirdlərin dili ilə, polislərimizdən bəhs edən video çarx hazırlayıblar.
Həmin video çarxı sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.