AZ
Video yüklə

"İkinci görüşdən konkret sənəd gözləyirik"

129 baxış Son xəbərlər
Azərbaycan dövləti postmünaqişə dövründə Ermənistanla münasibətlərin normallaşması istiqamətində davamlı addımlar atır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. O, görülən işlərin yalnız bir addımla məhdudlaşmadığını, bunun uzun proses olduğunu, Brüssel görüşünün isə bu prosesə töhfə verdiyini bildirib. Nazir görüşü ümumilikdə faydalı və uğurlu hesab edir.

Nazir Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk iclası keçirildiyini, növbəti görüşdə hansısa konkret sənədin ortaya qoyula biləcəyini deyib. O, rəsmi Bakının normallaşma istiqamətində sistemli addımlar atdığını, 2023-cü ildə Azərbaycan tərəfində avtomobil və dəmir yollarının inşasının başa çatacağını ifadə edib.

Ceyhun Bayramov aprel ayında Brüssel görüşdən sonra, bu görüşdə əldə edilən razılaşmalarla bağlı Ermənistan Xarici İşlər Nazir Ararat Mirzoyanla iki dəfə telefon danışığının baş tutduğunu bildirib. O, telefon görüşü zamanı Azərbaycanın delimitasiya komissiyası ilə bağlı yanaşmasını qarşı tərəfə təqdim etdiyini vurğulayıb. “Telefon danışıqları görüşlərdə əldə olunan razılaşmaların icrasının həyata keçirilməsi ilə bağlıdır. Hazırda növbəti telefon danışığının olacağı ilə bağlı tarix yoxdur. Ancaq ehtiyac olacağı təqdirdə növbəti telefon danışıqlarını istisna etmirəm”, deyə Azərbaycan Xarici İşlər Naziri bildirib.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.