II Qarabağ müharibəsinə aid kitab çap edildi
31 baxış
Son xəbərlər
Bakı Dövlət Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə misirli alim, tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabikin “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində millət vəkilləri, politoloqlar, tanınmış şərqşünaslar, ərəbdilli ölkələrin Azərbaycandakı səfirləri iştirak edib.
Tədbirdə çıxış edənlər bildirib ki, "Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabı təkcə ölkəmizin deyil, həm də İslam aləminin tarixində mühüm yer tutan 44 günlük müharibədə qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirən Azərbaycan əsgərinin salnaməsidir. Bu kitabın daha bir önəmli cəhəti odur ki, kitab İkinci Qarabağ müharibəsi ilə bağlı çox vacib faktları özündə əks etdirən bir nəşrdir.
Qeyd edək ki, kitab 2 hissə və hər hissəsi 3 fəsildən ibarətdir.
Kitab 2016-cı ildə çap edilən “Qarabağ-Qafqazda sülhə aparan yol” adlı kitabının davamıdır.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.