AZ
Video yüklə

İƏT parlament rəhbərləri Şuşada olub

13 baxış Son xəbərlər
İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Bakı toplantısının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdilər. Qonaqları Qarabağa gətirən təyyarə Füzuli beynəlxalq hava limanına eniş etdi.

Nümayəndə heyəti Füzuli beynəlxalq hava limanı ilə tanış olduqdan sonra Zəfər yolundan keçməklə Şuşaya gəldilər. Şuşada onların ilk ziyarət etdikləri yer Şuşa qalası oldu. Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına qalada aparılan restavrasiya işləri barədə məlumat verdi. Səfərin Ümumdünya Muzey günü ilə eyni günə təsadüf etməsi də rəmzi məna daşıyırdı. Çünki, işğal dövründə Ermənistan Azərbaycana məxsus mədəni, tarixi, dini abidələri darmadağın edib və Şuşa qalasının hazırkı vəziyyəti bu barbarlığın bir nümunəsidir.

Daha sonra nümayəndələr güllələnmiş heykəllərə baxdılar. Dünyaca məşhur fotoqraf Reza Deqqati onlara Şuşanın işğalından əvvəl çəkilmiş fotoların təqdimatını etdi və işğal dövründə törədilən vəhşilikləri fotosübutlarla göstərdi. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop təəssüratlarını jurnalistlərlə bölüşdü.

İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası nümayəndələri Cıdır düzündə də oldular.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.