İƏT-ə üzv ölkələrin nazirləri bir arada

  • 16.11.2023
  • 0

Gələn həftə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransı üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçiriləcək 5-ci konfransı barədə keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə başlayacaq, rəhbər seçiləcək.

Son illər Azərbaycanda sosial sahədə aparılan islahatların uğurları diqqətə çatdırılıb. Həmin sosial nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu sahədə İƏT-ə üzv ölkələrlə təcrübə mübadilələri aparılması baxımından da Konfransın önəmli olacağı qeyd edilib.

REAL

Nə düşünürsən?