AZ
Video yüklə

İaşə obyektlərində reydlər keçirilir

169 baxış Son xəbərlər
İndiyədək 102 iaşə obyektində qayda pozuntusu aşkarlanıb Avqustun 18-dən kafe və restoranların açıq hava şəraitində fəaliyyətinə icazə verildiyindən, bununla bağlı aidiyyatı qurumlar tərəfindən təşkil olunan monitorinq qrupları tərəfindən fəaliyyətinə icazə verilən iaşə obyektlərində mütəmadi olaraq reydlər keçirilir, burada həm müştərilərin həm də restoran sahiblərinin xüsusi karantin rejiminin qaydalarına raiayət edib etməmələrinə nəzarət olunur. Bu qaydalarla bağlı AQTA tərəfindən bütün sahibkarlıq subyektləri ilə onlayn görüşlər keçirilib, yerlərdə maarifləndirici görüşlər keçirilib və qanunverciliyin tələbəlri onlara izah edilib. Eyni zamanda onlara posterlər və maarifləndirici çap materialları təqdim edilib ki, burada da məqsəd həm sahibkarları həm də müştəriləri maarifləndirmə xarakteri daşıyır. Həmçinin mətbəxdə istifadə olunan avadanlıqlar mütləq dezinfeksiya edilərək, təmizz şəkildə saxlanılmalıdır, eyni zamanda qida məhsulları hazırlanarkən də termiki emala düzgün şəkildə əməl edilməlidir. O cümlədən işçi heyət mütləq xüsusi geyimlə, mask avə əlcəklə təmin edilməlidir. Sahibkarların fəaliyəti istiqamətində karantin rejiminin qaydalarına nəzarət İqtisadiyyat Naizrliyi tərəfindən həyata keçirilir. Dövlət vergi xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri üzrə reyd aparılan obyektlərdən 102-də qayda pozuntusu aşkar olunub. Bu qurumlarla birlikdə reydlərdə həmçinin BŞİH-i və paytaxtın rayon İH-lərinin nümayəndələri tərəfindən açıq havada fəaliyyətinə icazə verilən yerlərdə sahibkar və müştərilərlə maarifləndirici söhbətlər aparılır, qoyulan qaydalara riayət olunmasına ciddi nəzarət olunur. Həmçinin polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən fəaliyyətinə icazə verilən yerlərdə mütəmadi nəzarət həyata keçirilir. Bu reydlər zamanı polis tərəfindən aşkar olunan qanun pozuntuları və nöqsanların yerində aradan qaldırılması ilə bağlı vətəndaşlara və sahibkarlara tövsiyyə və tapşırıqlar verilir. Qeyd edək ki, fəaliyyətinə icazə verilən ictimai iaşə, restoran və kafelərdə anoloji reydlər bundan sonra da aidiyyatı qurumlar tərəfindən mütəmadi olaraq aparılacaq. REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.