AZ
Video yüklə

Hüseyndən ETİRAZ: "Konservatoriyanın önü pullu dayanacaq oldu

873 baxış Son xəbərlər
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbəsi olduğu Azərbaycan Milli Konservatoriyasının önündə ödənişli parklanmaya etiraz edib.

Sənətçi ödənişli parklamanın ləğv edilməsini tələb edib:

"Burada 6-7 saat dərsdə oluram. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Konservatoriyanın önündə maşınlarımızı saxlayırıq. Burada ödənişsiz parklanma var idi. Bir neçə gün əvvəl isə buranı da pullu etdilər. Öz və tələbə yoldaşlarımın adından çox xahiş edirəm ki, buradakı ödənişli parklanmanı ləğv edəsiniz.

Bura bulvar, restoran nə də ki, şadlıq sarayıdır. Tələbələr burada təhsil alır. Tutaq ki, biri qazanır, digəri isə qazanmır. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələyə bir əncam qılasınız və kökündən həll edəsiniz”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.