Hündürmərtəbəli bina yanır
632 baxış
Son xəbərlər
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb. Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Əl-Nəhd ərazisində yerləşən binanın sakinləri təxliyə edilib. Yanğının qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Xilasedicilər mərtəbələri yoxlamaq üçün dronlardan istifadə edirlər.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.