Hulusi Akardan Ermənistana xəbərdarlıq!
30 baxış
Son xəbərlər
“Son dövrlər keçirilən təlimlər nəticəsində Azərbaycan Ordusu böyük təcrübə qazanıb. İki ölkə arasında keçirilən təlimlər bundan sonra da davam edəcək”.
APA TV-nin məlumatına görə, bunu Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərini izlədikdən sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.
Nazir bildirib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatlar zamanı daim Türkiyənin dəstəyini görüb: “Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə işğal altında olan torpaqların azad edilməsi zamanı müasir texnologiyalar və yeni döyüş taktikasından istifadə edərək qələbə əldə edib”.
Nazir bildirib ki, bu, bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu nümayiş etdirib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə regionda həssas dövrün yaşandığını və prosesləri yaxından izlədiklərini bildirib. Nazir Türkiyənin bütün qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını qeyd edib: “Bizim hər hansı şəkildə kimsənin ərazisini ilhaq etmək kimi niyyətimiz əsla müzakirə mövzusu ola bilməz. Ancaq digər tərəfdən də quruda, dənizdə və havada heç bir şəkildə nə özümüzün, nə də dost və qardaşlarımızın haqqının, hüququnun tapdanmasına icazə verərik”.
Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə uğurlu hərbi təlimləri düşmənləri qorxuya salır, dost və qardaşları həyəcanlandırır: “Azərbaycana qarşı təhdidləri özümüzə qarşı təhdid sayırıq. Azərbaycanın uğurlu “Tək Vətən Hərəkatı”ndan sonra yaradılan Birgə Mərkəzdə Türkiyə və Rusiyanın hərbçiləri birlikdə xidmət aparır, atəşkəsə nəzarət edir və atəşkəsin davamlı olması üçün birgə səy göstərir”.
Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə də köməklik göstərir: “Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistana uzatdıqları barış əlinə, barışa, sabitliyə nail olmaq üçün edilən təklifə qarşılıq verilməsi əhəmiyyətlidir. Fəqət təəssüf ki, bu məsələdə tam müsbət cavab olmasa da, bəzi iz və əlamətlər var. Bizim məqsədimiz tərəflərin sülh və təhlükəsiz şəraitdə yaşamasıdır. Bizim arzumuz Ermənistanın atəşkəsə riayət etməsi, hər hansı səhvə yol verməməsidir, eyni zamanda, regionda atəşkəsin davamlı olması və sabitliyin təmin olunmasını da vacib hesab edirik”
Daha sonra nazirlər davam edən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərini izləyiblər.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.