Hikmət Hacıyev erməni diplomatını belə susdurdu
75 baxış
Son xəbərlər
Prezidentin köməkçisi debatda iştirak edib Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Aljazeera İnternational” kanalında “Ermənistan baş naziri Nikol Paşinyanın sabiq diplomatik müşaviri Arsen Xaratyanla debata çıxıb. H. Hacıyev Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etdiyini, işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmə törətdiyini qeyd edərək beynəlxalq hüquqa əsasən Ermənistanın hüquqi məsuliyyət daşıdığını bildirib. Aparıcı: Əvvəlcə sualı Hikmət Hacıyevə ünvanlamaq istərdim. Ermənistanın Azərbaycan ərazilərinin anneksiyası siyasətini apardığını və bu addımın aparılan danışıqlar prosesinin formatını və mahiyyətini pozuduğunu açıq şəkildə söyləmisiniz. Bunun səbəbini necə izah edə bilərsiniz? Hikmat Hacıyev:Təşəkkür edirəm və mən də hamını salamlayıram. Əslində, Ermənistan-Azərbaycan qarşıdurması Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal edən ermənilərin təcavüzkar və güc tətbiq etmə aktı ilə başladı. Ümümiyyətlə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyonadək Azərbaycan vətəndaşı öz daimi yaşayış yerindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1990-cı illərin əvvəllərindən aparılan danışıqlar hələ də davam edir. Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 30 il ötüb, ancaq düşünmürəm ki, Atəşkəs barışıq, yaxud sülh deməkdir. Təəssüf ki, Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir və oyuncaq rejim pərdəsi arxasında özünün təcavüzkar rolunu gizlətməyə çalışaraq Azərbaycanın suveren ərazilərini ilhaq etmək istəyir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma və qeyri-qanuni kommersiya siyasətini həyata keçirir, ayrıca, Dağlıq Qarabağdakı qanunsuz rejimin də danışıqlar prosesinə daxil olması məntiqsiz mövqeydir. Xatırladım ki, Helsinki yekun aktı və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həllinin hüquqi, siyasi əsasını təşkil edir. Danışıqlar prosesi məhz münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həlli formulu Minsk Qrupu çərçivəsində aparılır. Minsk qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq konkret həll formatına salınması da rəsmi Bakının mühüm siyasi üstünlüydür. Mən fikirləşirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq 30 yaşı var. Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır və bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu təmin edilməsini vurğulayır. Təəssüf ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində pozitiv fikirlər ortaya atılsa da, hələlik sükunət davam edir. Münaqişənin həll edilməsi istiqamətində Nikol Paşinyanın daha realist siyasət həyata keçirəcəyinə dair ümidlər doğrulmadı. Ancaq biz Paşinyanın danışıqlar prosesinin formatını və məzmununu pozan, bir-birinə zidd olan bəyanatlarını eşidirik. Ermənistan Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistan hətta Minsk Qrupu prosesi çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərin yerinə yetirməməsi problemlərini artırır. Bu da öz növbəsində təsirini Dağlıq Qarabağ münaqişənin həlli prosesində də göstərə bilər. Eyni zamanda, bu Minsk Qrupunun və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Ümumiyyətlə, son hadislərlə bağlı bir sualı ermənistanlı həmkarlarıma ünvanlayıram: Ermənistan sərhəd bölgəsində və regionda hərbi-siyasi eskalasiyaya görə nə əldə etdi? Aparıcı: Gəlin danışıqlar barədə danışaq. Qonağımız Hikmət Hacıyev eşitdiyiniz budur ki, Ermənistanın demokratiya və qanunun aliliyi yolunda irəliləməsi üçün böyük səylər göstərir. Azərbaycan rəhbərliyi danışıqların mənasız olduğunu deyərək XİN rəhbərini tutduğu vəzifəsindən azad edib. Niyə əsaslı sülh danışıqlarının başlanmasını istəmirsiz? Hikmat Hacıyev:Əvvəla, Demokratiya - inanıram ki, Ermənistanın danışa biləcəyi ən sonuncu mövzudur və onu da qeyd edim ki, Arsen Xaratyan da Paşinyanın komandasında idi, ancaq daha sonra istefa verdi. Demokratik inkişaf yolu seçmiş dövlətlər başqa bir ölkənin ərazisini işğal etmir və orada etnik təmizlənmə aparmır. Ermənistan, həmçinin siyasi böhran yaşayır. Bu gün işğalçı Ermənistanda özünü demokrat elan edən Paşinyan etirazçılara, jurnalistlərə, siyasətçilərə, hətta narazı deputatlara belə polis zorakılığı göstərməkdən çəkinmir. Bu, Ermənistanda totalitar inqilabi diktatura qurulmasının ümumi təsviridir. Son vaxtlar Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgəsində baş verən insidentlər Ermənistan hökumətinin Azərbaycanın ərazilərini işğal etdiyi ərazilərdə erməni təbliğatının ikiüzlülüyünün daha bir nümunəsidir. Münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmamağın səbəbi Ermənistandır. Danışıq proseslərində Ermənistana sərf etməyən məqam meydana çıxan kimi, regionda sabitliyi pozmağa cəhd edir. İkinci dünya müharibəsindən sonra Avropa qitəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti həyata keçirilib. 2016-cı ildə də Ermənistan tərəfi bilərəkdən Azərbaycanla sərhəd bölgələrə hücuma keçdi. Baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, ermənilər Azərbaycan Silahlı Qüvvələrinin üzərinə böhtan atır. Əgər doğrudan da atəşkəsi Azərbaycan pozursa, o zaman Azərbaycan işğal olunmuş ərazilərimizi azad etmək üçün Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyata başlayardı. Sərhəd bölgəsində hərbi əməliyyata başlamaq hansı məntiqə sığır? Bu sualların cavabını bilirəm. Aparıcı: Dövlət başçısı İlham Əliyev niyə danışıqların mənasız olduğunu deyib? Hikmət Hacıyev:30 ildir ki, Ermənistanla Azərbaycan danışır. Ermənistan bütün vasitələrdən istifadə etməklə substantiv danışıqlardan yayınmağa və beləliklə də, işğal məhsulu olan status-kvonu qoruyub saxlamağa çalışır. Azərbaycanın əraziləri işğal altındadır və Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə siyasəti həyata keçirilib. Erməni tərəfi bu ərazilərdən öz qoşunlarını çıxartmalıdır və bu, oxşar insidentlərin təkrar olunmasından qaçmağa imkan verən yeganə yoldur. Lakin erməni silahlı qüvvələri bu ərazilərdən çıxarılmasa və sülh danışıqları sürətlənməsə, belə hallar tez-tez baş verə bilər Aparıcı:Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki rolu nə vəd edir? Hikmət Hacıyev:Azərbaycan həm Rusiya, həm də Türkiyə ilə strateji sahələrdə əməkdaşlığa sahibdir. Rusiya, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri qismində danışıqlara vasitəçilik edir. Eyni zamanda, Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir. Türkiyə Azərbaycan-Ermənistan əlaqələrinə gəldikdə, ermənilərə qarşı heç kim nifrət, kin və böhtan xarakterli çağırışlar etmir. Əksinə Ermənistan özü digər dövlətlərlə qarşı düşmənçi münasibət bəsləyir. Türkiyə-Ermənistan sərhədi hansı səbəbdən bağlıdır? - Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı bağlamışdı. Ermənistan Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinə görə əslində özü-özünü təcrid vəziyyətinə salıb. Buna görə də, Türkiyə və Rusiya kəskin regional məsələlərin, o cümlədən münaqişələrin həllinə müsbət təsir göstərə bilər. Qeyd etdiyim kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya-danışıqları davam etdirir. Onu da əlavə edim ki, Rusiya hər iki ölkə ilə mədəni-tarxi əlaqələrə sahibdir. Ona görə də, erməni tərəfi bunu yaxşı-yaxşı düşünməlidir. Ermənistan bu münaqişədən nə əldə edib? Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur. Çünki ölkə özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir. Hikmət Hacıyev:30 ildir ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər hazırda da davam etdirilir. Ermənistan buna görə məsuliyyət daşıyır. Onu da qeyd edim ki, Mifik "Böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi məqsədi ilə Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası açıq şəkildə ortaya qoyulmuşdur. Azərbaycanlılar küçələrə axışaraq Ermənistanın işğalçı siyasətini pisləyiblər. Onlar öz əzəli torpaqlarının geri qaytarılmasını istəyir. İnsanlar artıq gözləməkdən yorulub. Ermənistanda gənc nəsil irqçi ideologiya ruhunda tərbiyə edilir.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.