"Həzi Aslanovun adı başqa küçəyə veriləcək" - Açıqlama
263 baxış
Son xəbərlər
“Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adı dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilib". Bunu Unikal.org-a açıqlamasında Qəbələ şəhər İcra nümayəndəsi Dəmir Bağırov təsdiqləyib. O, qeyd edib ki, yaxın günlərdə digər küçələrdən birinə Həzi Aslanovun adı veriləcək: "Polad Həşimovun adının verildiyi küçənin adı Həzi Aslanovun adını daşıyırdı. Həmin küçənin yuxarı hissəsinin adı yox idi. O küçəni, H.Aslanov küçəsi ilə birləşdirib, Polad Həşimovun adını verməyə qərara aldıq. Amma Həzi Aslanovun adı o küçəyə yaxın bir yerə veriləcək".
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.