Cəfərovlar ailəsinin dörd övladı var. İki qız, iki oğul payı olan ailə Sumqayıtda yaşayır. Əkiz qardaşlar ürək qüsurludur: “Təcili əməliyyat olunmalarına ehtiyac var. Əməliyyatın dəyəri 32 min manatdır. Ailəmin isə əməliyyat xərclərini qarşılayacaq imkanı yoxdur. Bütün Azərbaycan xalqına üzümü tutub, onlardan kömək istəyirəm”.
Əkizlər 2,6 aylıqdırlar: “Doğumdan 40 gün sonra uşaqları yoxlamaq üçün xəstəxanaya apardıq. Orada bildik ki, xəstədirlər. Öz gücümüzə artıq 2 ildir müalicə elətdiririk. Kimin nəyə imkanı yetirsə balalarıma kömək etsin. Həyat yoldaşım fəhlədir. Evimiz kreditdədir. Onun qazandığı kredit xərclərinə zorla yetir”.
Əməliyyat gecikdiyindən körpələrin vəziyyəti getdikcə pisləşir. Rəmziyyə xanım deyir ki, əməliyyat vaxtında olunmasa uşaqların vəziyyəti kritik həddə çatacaq.
Xatırladaq ki, Həsən və Hüseynin əmisi Natiq Tahirli aprel döyüşlərində şəhid olub.