AZ
Video yüklə

Hərbi təlimlər Ermənistanı qorxuya saldı

203 baxış Son xəbərlər
Azərbaycan ordusunun keçirəcəyi genişmiqyaslı təlimlər Ermənistanda ciddi çaxnaşma yaradıb. Bu ölkənin Müdafiə Nazirliyi məsələ ilə bağlı narahatlığını rəsmi açıqlama ilə bildirib. Azərbaycan ordusunun məsələyə reaksiyası isə sərt olub. Azərbaycan Ordusunun 18-22 may tarixlərində keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlər Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb. Ermənistan Müdafiə Nazirliyinin açıqlama yayaraq təlimlərin bölgədə hərbi eskalasiyaya səbəb ola biləcəyini bildirməsi bunu deməyə əsas verir. Məsələyə Azərbaycan tərəfinin cavabı isə gecikməyib. Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir. Ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov bildirir ki, Ermənistanın təlimlərlə bağlı açıqlamaları onların düşdüyü çarəsizliyin bir göstəricisidir. Əksinə, bölgədə beynəlxalq hüququn təməl prinsiplərini pozaraq işğalçılıq siyasəti yürüdən Ermənistandır. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mütəmadi təlimlər keçirməsi, beynəlxalq qurumların nəzarətindən yayınaraq külli miqdarda silah-sursat, döyüş texnikası və digər hərbi vasitələri gizlətməsi məhz rəsmi Yerevanın beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən Vyana sənədinin əsas tələblərini kobud surətdə pozmasıdır. Məhərrəm Cahangirov Azərbaycan ordusunun günü-gündən modernləşən silah arsenalının Ermənistanın narahatlığını artıran əsas faktorlardan biri olmasına da diqqət çəkir. Müdafiə Nazirliyindən verilən açıqlamada o da qeyd olunur ki, keçiriləcək təlimlərə Ermənistanın bu cür reaksiya verməsi bir işğalçı dövlət kimi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaq məqsədini güdür. Müdafiə Nazirliyi bəyan edib ki, düşmən hər hansı bir təxribata cəhd göstərərsə, Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaq", - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.