AZ
Video yüklə

*Hər an üstünüzə düşə biləcək dirəklər*

11 159 baxış Son xəbərlər
Əgər yolda 55 AC 272 DQN-lı yük avtomobilini görsəniz ondan uzaq durmağa çalışın. Çünki bu cür yük daşıyan sürücü istənilən an sizə təhlükə yaşada bilər.

YPX.AZ qaynar xəttinə göndərilən və Balakən rayonunda qeydə alındığı bildirilən videoda sürücünün avtomobilin qabaritlərindən uzun dirəklər daşıdığı görünür. Ancaq məsələ yalnız yükün qabaritdən uzun olması olsa nə var idi ki?! Bu sürücü həmin dirəkləri heç bir yerə bərkitməyib. Dirəklər də formasına görə diyirlənəbilən olduğundan elə hərəkət boyu gah sağ tərəfə, gah da sol tərəfə diyirlənirlər. Özünüz videoya baxın və təsəvvür edin ki, o dirəklərdən biri yola düşərsə hansı faciələr baş verə bilər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.