AZ
Video yüklə

Həftənin ilk gününün hava proqnozu

2 baxış Son xəbərlər
İyulun 1-də respublika ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Xəzər Xəbər-ə müsahibəsində deyib.

Onun sözlərinə gçrə, Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyi iyul ayının 1-i günün ikinci yarısında mülayimləşəcək.

Lakin iyul ayının 2-dən başlayaraq Bakıda və Abşeron yarmadasında mülayim cənub-qərb küləyi əsəcək və temperaturun nisbətən yüksələrək, 27-32 dərəcə isti olacağı proqnozlaşdırılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.