AZ
Video yüklə

Həbs edilən "Avtoş" danışdı: Peşmanam

231 baxış Son xəbərlər
Paytaxt yollarında müxtəlif qayda pozuntuları nümayiş etdirərək avtoxuliqanlıq edən 90 HS 500 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü Nəcəfli Fəqan Əfqan oğlu həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və YPX.AZ komandası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində Nəcəfli Fəqanla görüş keçirib. İlk növbədə şəhərdə avtoxuliqanlıq nümayiş etdirən gənc özü haqqında verilən sualları cavablandırıb.

Daha sonra polkovnik Vaqif Əsədovun, sürücünün tutduğu əməllər haqqında verdiyi sualları cavablandıran Nəcəfli Fəqan dırnaqarası qəhramanlıqları haqqında məlumat verərək əməlindən peşman olduğunu bildirib.

Qeyd edək ki, “Hyundai” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində yol polisi tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Nəcəfli Fəqan barəsində bir il sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati həbs tədbiri seçilib.

Nəzərinizə çatdıraq ki, ölkə yollarında intizamsızlıq edərək avtoxuliqanlıq etməklə inzibati xəta törədən şəxslər, bu əməllərini video qeydə alıb sosial şəbəkələrdə paylaşmaqla gənclərimizə və azyaşlılarımıza örnək olurlar. Bu isə yolverilməz haldır.

Biz, YPX.AZ olaraq gənclərimizin doğru yönləndirilməsi, gələcəkdə cəmiyyətimizə faydalı töhfələr vermələri üçün bu düşüncələrlə daimi olaraq mübarizə aparacağıq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.