AZ
Video yüklə

Hadrut əməliyyatının böyük əhəmiyyəti

19 baxış Son xəbərlər
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi.

Bu sözləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

O qeyd edib ki, bu əməliyyatın uğurla başa çatması öz hədəfimizə - Qarabağın azad edilməsinə imkan verdi.

Ölkə başçısı Hadrut əməliyyatının əhəmiyyətindən də söz açıb. Bildirib ki, Ermənistan rəhbərliyi və ordusu bizim Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyimizi gözləmirdi. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan əsgər və zabitləri dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı Hadrutun Azərbaycan Ordusunun nəzarətində olduğunu etiraf etdi.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.