Hacıqabulda intihara cəhdin qarşısı alındı
45 baxış
Son xəbərlər
Hacıqabulda intihara cəhdin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, rayonun dəmiryolu stansiyasının ərazisində 1 nəfər hündürlüyü, təxminən 30 metr olan konstruksiyanın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.